O gün xaric. O gün başqa bir gündü sevinc günüydü, qələbə günüydü, Türk Günüydü. Türklərin Millisi Avropada savaş verirmiş kimi futbol oynayırdı. Və bütün Azərbaycan - iqtidarlı-müxalifətli, sağlı-sollu, qocalı-cavanlı - duadaydı. Azərbaycan türklərinin gözü və qəlbi onun da adına futbol savaşı verən Türkiyə yığmasındaydı. Dünya şöhrətli P.Çexin əlindən top necə sürüşməsin də! O, necə Nihatın ayaqlarına dəyib, özciyəzi dığırlanıb, qapıya girməsin də?! Məzlum azərbaycanlılar bəlkə də son illərdə ilk dəfəydi ki, Allaha bu qədər ürəkdən və bu qədər çox yalvarırdılar. O gün Azərbaycanda hamı Allah adamıydı. O gün Allah azərbaycanlıları eşitdi və gözümüzü dikdiyimiz 11 övladımıza kömək oldu.

Və biz bir model tapdıq. Biz bir sevgi və qürur ünvanında olduq. Biz Türkiyəmizlə qürur duyduq. Və bunları harada yaşamasından asılı olmayaraq, dünyadakı bütün Türklər və Türkləri sevənlər yaşadılar. O gün o sevinc ona görə böyük idi ki, əslində biz özümüz çox böyüyük! Bunu Azərbaycanın balaca sərhədləri içərisində əzilən xalqımızın bir daha bilməsi və anlaması çox mühüm idi.
Dünyada başqa hansı bir dövlət var ki, Azərbaycan xalqı onun uğurlarına bu qədər - həm də özününkü kimi - sevinir? Dünyada başqa hansı millət var ki, onun uğuru və qələbəsi üçün bu qədər insan Allaha dua edir! Dünyada hansı milli futbol komandası var ki, bizim millimiz - TÜRKLƏRİN MİLLİSİ QƏDƏR TƏRƏFDARI VAR!
Var ol, Türkiyə! Var ol və qalib ol ki, biz də var olaq və qalib olaq. İyi ki, varsan, Türkiyəm!!!
(Rauf ARİFOĞLU – Musavvat Gazetesi, Azarbeycan)
Hiç yorum yok:
Yorum Gönder